Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), İqtisad Universiteti və Böyük Britaniyanın Grinviç Universiteti “British Council” tərəfindən maliyyələşdirilən “Creative Spark” proqramı çərçivəsində birgə təşəbbüsü olan tələbələr üçün “Startup Bootcamp” onlayn düşərgəsini həyata keçirdiblər.

Unikal.org xəbər verir ki, Grinviç Universitetinin koordinasiyası ilə ATMU tələbələri tədbir zamanı biznes planın tərtib olunması haqqında məlumat əldə edib öz fikirlərini bunun əsasında tətbiq etmək, müxtəlif sahələrdən olan mentor qrupundan mütəxəssis məsləhətləri almaq, təqdimat bacarıqlarını sərgiləmək imkanı qazandılar və ideyalarının həyata keçməsinə kömək edəcək potensial maliyyə mənbələri haqqında məlumat əldə etdilər.
Moderatorlar İngiltərənin JDM Sosial LTD şirkətinin həmtəsisçisi və direktoru, sosial media məsləhətçisi və təlimçisi Jamal Hadjkura, DVIZU şirkətinin təsisçisi və brend üzrə konsultantı Daniel Najafi, ATMU tərəfindən müəyyən olunmuş mentorlar City Centre Rotana Doha otelin gəlir və rezervasiyalar üzrə direktoru, “Hospitality Insights” – onlayn qonaqpərvərlik akademiyasının həmtəsisçisi, turizm və qonaqpərvərlik, gəlirlərin idarəedilməsi sahələri üzə təlimçisi Ceyhun Nəsibbəyli, universitetin Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi, "Experience Talks" və "HR Talks" layihələrin təsisçisi və koordinatoru, Ümumdünya Turist Bələdçiləri Assosiasiyası tərəfindən sertifikatlaşdırılmış beynəlxalq turist bələdçisi və milli turizm bələdçilərinin təlimçisi Aidə Bayramova və ATMU Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi və “Beeco” ətraf mühit təşəbbüsünün qurucusu və meneceri İncə Əliyeva olmuşdur.