İyunun 9-da Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:40-da Şahbuz stansiyasından 32 km qərbdə Şərur rayonunda qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.