Sərbəst güləş üzrə üçqat dünya çempionu, olimpiya mükafatçısı Hacı Əliyevin dağıstanlı sosial şəbəkə fenomeni ilə fotosu yayılıb. 

Unikal.org-un məlumatına görə, Dağıstanda təlim-məşqərdə olarkən Hasbik kimi tanınan Hasbulla ilə görüşüb. Güləşçimiz onunla birlikdə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Həmin fotoya çoxsayda bəyəni gəlib.

Qeyd edək ki, Hasbulla 19 yaşında olmasına baxmayaraq 5 yaşında uşaq kimi görünür. Sosial şəbəkədə paylaşımları ilə məşhurdur. Onun 1.2 milyon izləyicisi var.