Braziliya milli komandasının futbolçusu Neymar yığmanın düşərgəsində xoşagəlməz hadisə ilə üzləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu qaldıqları otelin qarşısında millinin avtobusundan düşdükdən sonra iki azarkeşin hücumuna məruz qalıb. Fanatlar Neymarın əşyalarını oğurlamağa çalışıblar. Azarkeşlər təhlükəsizlik işçiləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Neymar hadisədən sonra otelə daxil olub.