Türkiyəli  aktyor Burak Sergen 2019-cu ildə nişanlandığı Nihan Ünsal Sergenlə evlənib.

Unikal.org xəbər verir ki, "Sadakatsız" serialında rol alan Sergen bir müddət əvvəl koronovirus infeksiyasına yoluxub, reanimasiyaya yerləşdirilmişdi. 46 gün xəstəxanada müalicə alan aktyoru nişanlısı bir gün də tək qoymayıb.

Sağalan aktyor ötən gün nişanlısı ilə nikah masasına ourub. Sergenin evində baş tutan mərasimdə cütlüyün nikah şahidliyini Erkan Şahin və Buket Kayapınar Özsırlı edib.