Türkiyənin tanınmış aktyoru  "Polad Alemdar" obrazı ilə yaddaşlara həkk olan Necati Şaşmazdan diqqətçəkən paylaşım gəlib. 

Unikal.org xəbər verir ki,  aktyor 8 yaşlı oğluna "itayət" edənlərin videogörüntülərini paylaşıb. Belə ki, bununla bağlı Şaşmaz açıqlamasında bildirib ki, "Oğlum gələcəyin Mehdisidir. Ona indidən zikr  edirlər",- deyə  bildirib. Həmçinin də, o, oğlunu dini  məzhəblərin varisi olaraq gördüyünü iddia edib.

Qeyd edək ki,  Necati  Şaşmazla Nagehan Kaşıkçı bu ilin mayında səssiz şəkildə boşanıblar. Şaşmazın keçmiş həyat yoldaşı Nagehan Kaşıkçının sözlərinə görə, oğlunu bu kimi məzhəblərdən uzaq tutduğunu, ərini uşaqların psixilogiyası  ilə oynamamasını bildirib.