"Everton"un hücumçusu Riçarlison karyerasını İspaniyada davam etdirə bilər. 

Unikal.org "Football İnsider"ə istinadla xəbər verir ki, "Real"ın yeni çalışdırıcısı Karlo Ançelotti ötən mövsüm rəhbərliyi altında oynamış braziliyalı forvardı sərəncamında görmək istəyir. İtalyan mütəxəssisin bu transferlə bağlı klub rəhbərliyinə müraciət etdiyi, rəhbərliyin məsələ ilə bağlı hərəkətə başladığı bildirilir.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm "Everton" formasında meydana çıxdığı 40 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə verib. Riçarlisonun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.