Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı müzakirələr aparıblar.

"İyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirilib, Ermənistan və Azərbaycanın sərhəd rayonlarında vəziyyətin deeskalasiyası yolları müzakirə edilib. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib", - deyə mənbə TASS-a bildirib.