Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Zati-aliləri, Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələri genişləndirmək məqsədilə göstərdiyimiz birgə səylərin hökumətlərimiz arasında ticarət və iqtisadiyyat, eləcə də hava daşımaları, ərzaq təhlükəsizliyi və enerji sahəsində ikitərəfli sənədlərin imzalanmasına imkan yaratdığını qeyd etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzulayıram".