Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Unikal.org xəbər verir ki, partiya sədrinin müalicə xərclərini Fond qarşılayacaq.

*** 10:45

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin II çağırış deputatı olmuş Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, M. Mirəlioğlu hazırda evdə müalicə alır.

Belə ki, partiya sədrinin ailə üzvlərindən də COVİD-19 virusuna yoluxanlar var.