Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ölüb.

Unikal.org  xəbər verir ki, Ramiz Quliyev küçəsi 10 ünvanında, təxminən 35-40 yaş aralığında naməlum kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “KİA” markalı nəqliyyat vasitəsi vurub.

Zərbənin gücündən piyada yolun digər tərəfinə düşüb. Bu zaman onun üzərindən “Mercedes” markalı avtomobil keçib. Baş verən qəza nəticəsindən piyada hadisə yerində ölüb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şahidlər dindirilib. Hər iki sürücü isə polis idarəsinə aparılıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır (apa).