Milli Məclisin deputatı Etibar Əliyev feysbuk hesabında paylaşımlarına reaksiya verməyən dostlarını tənqid edib. 

Unikal.org xəbər verir ki, deputat həmin şəxsləri dostluğundan çıxaracağını vurğulayıb. E. Əliyevin sözlərinə görə, onun feysbukda 5000 dostu var və paylaşımlarına kim münasibət bildirmək istəmirsə, dostluğu tərk etməlidir:

“Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəyəm. Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracağam”.