Azərbaycan Ordusunun təlimləri davam edir. Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.
Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.