Türkiyənin cənub-şərqindəki Siirt əyalətinin Eruh rayonu ərazisində “Eren” əməliyyatının 13-cü mərhələsi çərçivəsində daha üç PKK terrorçusu məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədəki səhifəsində bildirib.

Nazir əlavə edib ki, bununla da həmin ərazidə zərərsizləşdirilən PKK terrorçularının ümumi sayı 10 nəfərə çatıb.