Ermənistanda son sutka ərzində daha 67 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 220 927 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4333-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1060 nəfərdir.

Aktiv xəstələrin sayı 6635 nəfər təşkil edir.