Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Unikal.org xəbər verir ki, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. 

Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.