Evdə tək yaşayan  62 yaşlı qadın qətlə yetirilib.

Unikal.org xəbər verir ki,  hadisə  Ağstafa rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1959-cu il təvəllüdlü Çiçək Hüseynovanın yaşadığı evdə meyiti tapılıb.

Onun boğularaq öldürüldüyü məlum olub. İlkin məlumata görə, Ç.Hüseynova 30 ilə yaxındır ki, həmin evdə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.