17-23 may tarixləri BMT-nin təşəbbüsü ilə 6-cı qlobal yol təhlükəsizliyi həftəsi qeyd olunacaq. 

Unikal.org xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli özünün rəsmi "Twitter" səhifəsində paylaşım edib. O, qeyd edib ki, qlobal yol təhlükəsizliyi həftəsində paytaxtda bir sıra tədbirlər təşkil olunacaq. Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi ilə bağlı fəaliyyətlər həyata keçiriləcək və sakinlər maarifləndiriləcək. 

Paylaşımda Bakının hamı üçün olduğunu diqqətə çatdıran İdarə Heyərinin sədri yaşayış məntəqələrində sürət həddinin 30 km/saat olmasının zəruriliyini vurğulayıb.

#