Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17623vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4455, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 168 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 795 049, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 030 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 764 218 təşkil edir.