Prokuror köməkçisi ürək tutmasından vəfat edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Qusar rayon prokurorunun köməkçisi Elşən Məmmədov dünyasını dəyişib. 45 yaşlı E. Məmmədovun yaşadığı evdə qəfil ürəktutmasından öldüyü bildirilir.

Qeyd edək ki, E. Məmmədov əvvəllər Sumqayıt şəhər prokurorluğunda işləyib.

Orxan Həsənli