Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Unikal.org xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan aktyor evində müalicəsini davam etdirir.