Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.
Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.