Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonunda səfər ediblər.

Unikal.org xəbər verir ki, Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Maraqlıdır ki, təqdimatı Azəravtoyol sədri Saleh Məmmədov deyil, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev edib.

Bundan əlavə, bu gün Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Açılış mərasimində “Azərbaycan Dəmir Yolları” ASC sədri Cavid Qurbanov iştirak etməyib.

Murad İbrahimli