Çinin Xubey əyalətinin Uhan şəhərində qasırğa nəticəsində ən azı 6 nəfər həlak olub, 218 insan xəsarət alıb.

Unikal.org xəbər verir ki, qasırğalı küləyin sürəti saniyədə 23,9 metrə çatıb. Qasırğa binalara zərər vurub, ağacları yıxıb.

Qasırğa səbəbindən Tzyansu əyalətində 1 nəfər həlak olub, daha 21 nəfər zərər çəkib.