İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Roberto sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Roberto bu mövsüm “Barselona” ilə 19 oyuna çıxıb.