Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu Xudu Məmmədov küçəsində piyada səkisinin zəbt edilməsinin qarşısı alındı.

Unikal.org xəbər verir ki səkidə quraşdırılan və piyadaların hərəkətinə maneə yaradam konstruksiyalar yığışdırılıb.

Bir daha bildiririk ki, səkilərin zəbt olunması yolverilməzdir. Bu cür hallar piyadaların rahat, təhlükəsiz və maneəsiz hərəkət imkanlarını məhdudlaşdırır. Piyadaların hərəkət təhlükəsizliyi səviyyəsini minimuma endirir.

xxx

18:55

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.

Unikal.org xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır: 

"Lakin təəssüf ki, hələ də bəzi obyekt sahibləri qanunsuz olaraq piyada səkilərini zəbt edirlər.

Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq".