Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının, Azərbaycanın bu ölkədəki səfirliyinin, UNESKO yanında Azərbaycanın Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə ümummillli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib.

Unikal.org xəbər verir ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan konsert zamanı Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova (piano) və Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev (fleyta) məşhur bəstəkarlardan Frans Şubert, Ferens List, Arif Məlikov, Astor Piazzola, İssak Albeniz, Fazil Say və digərlərinin əsərlərini ifa ediblər.