Abşeron rayonunda magistral su kəmərində qəza baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə "Azərsu"yun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Abşeron rayonunun bir hissəsində və Sumqayıt stansiyası ərazisində gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaqdır.