Son günlər əsasən tranzit olaraq Avropaya istiqamətlənmiş narkotik vasitələrini aşkar etmişik.

Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təkcə apreldə 730 kiloqramdan artıq narkotik vasitə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin müvafiq qurumları tərəfindən, həm Astara, həm də Belasuvar gömrük idarəsi postları tərəfidnən əməliyyat axtariş tədbirləri olaraq, həm də Prezidentin diqqət və qayğısı nəticəsində alınmış müasir texniki vasitələr ilə narkotik vasitələrin Azəbaycan üzərindən qaçaqmal yolu ilə keçirilməsinin qarşısı alınıb.

S. Mehdiyev bildirib ki, bu komitənin əsas vəzifələrindən biridir və DGK hər zaman öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışır: “Bundan sonra da bu cür əməliyyatlar keçiriləcək. Azərbaycan tranzit ölkə olaraq narkotiklərə həmişə “yox” deyib. Ölkəmizin siyasəti budur”.