Rusiya Federasiyası Omsk vilayətinin səhiyyə naziri tapılıb.

Unikal.org TASS-a istinadən verdiyi məlumata görə, mayın 7-də Bolşeukovsk rayonunda meşədə itkin düşəm nazir Alkesandr Murakpovskinin sağ-salamat tapıldığı barədə region hökumətindən bildirilib.

Onun vəziyyətinin normal olduğu, rayon xəstəxanasında müayinədən keçdiyi açıqlanıb. İlkin məlumata görə, nazir özünü yaxşı hiss edir.

*** 09.05.2021

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

Unikal.org xəbər verir ki, bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.

Bildirilir ki, nazir mayın 7-də ova gedib. 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da yola çıxıb və geri qayıtmayıb.

Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar. Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb.