Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən sonra Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması üzrə kompleks təd­birlər davam etdirilir.

Unikal.org xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sər­hədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Xalqımızın tarixində 9 may gününün İkinci Dünya müharibəsində fa­şizmin məğlub edilməsi, döyüş meydanlarında fədakarlqıla döyüşmüş yüz minlərlə Azərbaycan oğullarının ehtiramla yad edilməsi ilə də əlamətdar olması qeyd edilib.