Bu gün Azərbaycanda sonuncu Qədr (Əhya) gecəsidir.
Unikal.org
xəbər verir ki, sonuncu Qədr gecəsi Ramazanın 26-cı gününə, mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə Ramazanın 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edib.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.