Bu gündən Ramazan bayramı ilə əlaqədar 1 həftə bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş həftəsi mayın 16-dan başlayacaq.