Azərbaycanda bu gün 34 856 nəfər vaksinasiya olunub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 288 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 661 772, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 001 968, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 659 804 nəfər təşkil edir.