Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.