Rusiyanın Mıtişi şəhərində yerləşən qaynaq sexində güclü yanğın baş verib.

Bu barədə Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğın 225 kv.m ərazini əhatə edib.

Yanğın yerinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.