Azərbaycan Dövlət Aqrar Universiteti publik hüquqi şəxs statusunda Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Azərbaycan Dövlət Aqrar Universiteti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumlar siyahısından çıxarılıb.