Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Prezidentin fərdi təqaüdünə layiq görülən mədəniyyət xadimləri arasında Xalq artisti Əli Nur (Nurzadə Əli Qayıb oğlu) da var.

Qeyd edək ki, tanınmış aktyor Əli Nur şəhid atasıdır. Onun oğlu baş leytenant Rövşən Nurzadə Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlib.