İranda 4.2 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, zəlzələ Buşəhr əyalətinin Qənavə limanı yaxınlığında qeydə alınıb. Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.