Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində bürünc medal görüşünə çıxıb.

Unikal.org xəbər verir ki, 86 kq-da mübarizə aparan 22 yaşlı idmançının rəqibi finlandiyalı Tapani Heyno olub.

Rəqibinə 8:3 hesabı ilə qalib gələn Abakarov 3-cü yeri tutub.

Azərbaycanın digər sərbəst güləşçisi Georgi Edişeraşvili (57 kq) isə zədə səbəbindən Taras Markoviçlə (Ukrayna) bürünc medal görüşünə çıxmayıb.

Qeyd edək ki, hər iki güləşçi finala yüksələ bilmədikləri üçün olimpiadaya lisenziya qazanmayıb.