Ramazan bayramı ilə əlaqədar Azərbaycanda bayram namazının qılınma tarixi məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

O qeyd edib ki, Ramazan bayramı ilə bağlı olan təqvimə əsasən, mayın 13-də bayram namazı qılınacaq.