Çinə məxsus 21 tonluq  “Long March 5b” adlı raketin nəzarətdən çıxması və yerə düşə biləcəyi bir müddətdir ki, dünya mediasının gündəmindədir.

Unikal.org  xəbər verir ki, kosmos üzrə mütəxəssis Conatan Makdovel mövzu ilə əlaqədar açıqlamasında raketin düşəcəyi təqdirdə minlərlə insanın ölə biləcəyini söyləyib.

Açıqlamadan sonra Ağ Ev raketin mayın 8-10 tarixlərində  düşə biləcəyi barədə xəbərdarlıq edib. Həmçinin də,  ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Mike Hovard, raketin yer üzünə enəcəyi nöqtəni yalnız qəzadan bir neçə saat əvvəl proqnozlaşdırmaq olduğu barədə də  məlumat bildirib.