Gürcüstanda ötən sutkada koronavirusa 1 547 yeni yoluxma faktı qeydə alınıb, 1 131 nəfər sağalaraq evə buraxılıb, 18 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 319 266 nəfər yoluxub. Onların 298 807-si sağalıb, 4 245-i ölüb.

Son 24 saat ərzində 25 541 test yoxlaması həyata keçirilib.