ABŞ-ın Aydaho ştatında atışma baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Riqbi şəhərində yerləşən orta məktəblərdən birində qeydə alınıb. Silahlı insident zamanı 3 nəfər xəsarət alıb. Onlardan ikisi məktəbli, digər şəxs isə mühafizəçidir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.