Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Unikal.org xəbər verir ki, bunu baş konsul Mehmet Küçüksakallı öz "Twitter" səhifəsində yazıb.

M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin sentyabrında azad edilmişdi.