Ermənistan Qarabağla bağlı üçtərəfli razılaşmaları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır.

Unikal.org  xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

O bildirib ki, İrəvan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcəkdir.

“Biz, həmçinin tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq", - Paşinyan bildirib.