Bakı Nəqliyyat Agentliyinin yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib.

BNA-dan Unikal.org-a verilən məlumata görə, qəza zamanı idarəetmədən çıxan avtombil səkiyə doğru hərəkət etsə də tumbaya dəyərək dayanır. Nəticədə səkidəki uşaqlar zərbədən xilsa olur. Məlumat üçün qeyd edim ki, paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakı şəhərində 139 küçədə bu cür təhlükəsizlik tumbaları quraşdırılıb.

Tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır. Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir.