"Bu gün Operativ Qərargahın brifinq keçirəcəyi gözlənilir. Bayram günlərində tam qapanma tələb edirəm! Bir vətəndaş kimi! Az-çox tanınan bir jurnalist kimi! İnsan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik. Nə qədər bədbəxt dünyadan, Məhz Bizim Eksperimentlərimizə görə köçdü! "

Unikal.org xəbər verir ki, bunu “Real” teveviziyasının direktoru Mirşahin Ağayev "Facebook" hesabında yazıb:

"Sərt qapanma! Yalnız sərt və tam qapanma! 

Bu bəlaya qalib gəlməyin yolu gerçək qapanmadan keçir! Bütün “aç-burax!”  tipli populizmləri, populistləri rədd edirəm! Türkiyə normal yay keçirmək üçün Tam Qapanmanı seçdi. 

“Bir millət, İki dövlət!” deyirik! 

Bir millət, iki dövlət deyilik? 

Bu gün qapanmaqla sabahın normal şəraitini yaradaq! Vaksinasiyanı isə tam məcburi edək! Qurtar bu sosial şəbəkə şantajından, Dövlət! Öz işini gör!".