Rusiyada son sutka ərzində koronavirusa 7975 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 847 489 nəfərə çatıb.

Rusiyada son bir gündə 360 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 111 895 nəfərdir. İndiyədək 4 464 550 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.