Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobil yüksək sürətlə “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib